Dünya

Əli Əsədovun sədrliyi ilə iclas keçirildi – FOTO

Əli Əsədovun sədrliyi ilə iclas keçirildi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib.

Bu barədə 7times.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İclasda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda Hökumətə “2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.

Əli Əsədovun sədrliyi ilə iclas keçirildi- FOTO