Ölkə

Əli İnsanov başı üzərindən Rəsulzadə və Elçibəyin portretini asdı

Əli İnsanov başı üzərindən Rəsulzadə və Elçibəyin portretini asdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, HƏP sədri Əli İnsanov öz ofisində Müsavat Partiyasının sədri Arif Hacılını qəbul edib.

7Times.az  Musavat.com-a istinadən bildirir ki, bu barədə məlumatlar hələ ötən həftənin sonlarında yayılıb. Görüş haqqında yayılan fotolar ortaya maraqlı mövzu çıxarıb. Təqdim etdiyimiz fotolardan da məlum olur ki, yenicə qeydə alınmış HƏP sədri özünün otağında Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin portretlərini asıb.

Əli İnsanovun otağında onu nazir edən, ölkənin və YAP-ın rəhbər heyətinə gətirən Heydər Əliyevin də portretinin olub – olmaması bəlli deyil.

Əli İnsanov Azərbaycanın bu iki böyük şəxsiyyətini bütün karyerası boyunca düşmən sayıb, onlara münasibətini də hər zaman düşməncə ifadə edib. İndi onun Elçibəy və Rəsulzadənin portretini başı üzərindən asması birmənalı qarşılnmayıb.

Əli İnsanov başı üzərindən Rəsulzadə və Elçibəyin portretini asdı