Maqazin

Əli Mirəliyev: “Ağzın nədir, Rəqsanədən qorxmayasan” – VİDEO 

Əli Mirəliyev: “Ağzın nədir, Rəqsanədən qorxmayasan” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Əli Mirəliyev növbəti açıqlaması ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Nahara az qala” mətbəx şousunda müğənni Aysun İsmayılovanı tanımadığını dilə gətirib.

Həmin an verilişin aparıcısı “Aysun Rəqsanə İsmayılovanın qızıdır” sözlərini söyləyib.

Rəqsanənin adını eşidən Ə.Mirəliyev “əl-ayağa” düşərək, daha əvvəl dediyi “Aysun İsmayılovanı tanımıram” ifadələrini dərhal düzəltməyə çalışıb.

“Onun qızı olduğunu əvvəlcədən de də. Rəqsanə deyən kimi, “Bismillahi Rəhmani Rəhim” yadıma düşdü. Rəqsanə həqiqətən də əsl xanımdır. Ağzın nədir, ondan  qorxmayasan. Elə bir hərəkət edər ki, səni qorxudar” – deyə Əli Mirəliyev bildirib. 
Qeyd edək ki, illər əvvəl Ə.Mirəliyevin efirlərin birində xanım həmkarı Rəqsanə İsmayılovanı it adı ilə çağırıb, ona “Reks” deyə müraciət edib.

Bundan sonra ikili arasında qalmaqal yaşanıb. Rəqsanə qarşı tərəfi məhkəməyə verəcəyini və yüksək məbləğdə təzminat alacağını açıqlamışdı. Bundan sonra Ə.Mirəliyev R.İsmayılovadan üzr istəyərək, onu bağışlamasını istəmişdi. Rəqsanə isə Əlini bağışlamışdı.