“Manaf Ağayev mənim dostumdur və balaca qardaşımdır. Onun tutduğu addımı çox pis dəyərləndirirəm. Eşitdiyim gündən də çox əsəbiyəm”.
Bunu Demokrat.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.
O, bildirib ki, Manaf Ağayev dostu olsa da, tutduğu addım kökündən yanlışdır: “Mən onun tutduğu addımları eşitmişəm və hirslənmişəm. Ay Manaf, sən getmisən Füzuliyə, sağolsunlar sənə hörmət edib postlardan buraxıblar. Amma sən niyə gedib, şəkil çəkdirib paylaşırsan? Sənə getməyə icazə yoxdur, axı icazə ilədir. Sən bunu niyə edirsən, ay Manaf? Olmaz axı. Bu dövlətin qayda-qanunu var. Düzdür, 15 sutka elə də böyük şey deyil, yəni söhbət bundan getmir. Axı, sən niyə çəkib göstərirsən, buna erməni də, o biri, bu biri düşmənlərimiz də baxır. Bu yazıq dövlət neyləsin? Qayda-qanun çıxardıb və hamı üçün də şamildir. Neçə vaxtdır ki, ora yollar açılıb, ancaq mən ayağımı hələ də qoymamışam. Çünki olmaz da. Bunu başa düşmək lazımdır. Düzdür, Füzuli Manafın doğma yurdu, torpağıdır. Başa düşürəm, amma olmaz. Onun qulağını burdular ki, bundan sonra daha eləmə. Təbii ki, o biri müğənnilər də bundan dərs götürməlidir. Yəni, digər müğənnilərə də şamil edildi ki, çaşmayın ha. Pulunuz var deyə, hər yer siz üçün yaşıl işıq deyil. Dövlətin qayda-qanunu var, hamı da riayət etməlidir. Yəni, müğənni hara, onun həyat tərzini nümayiş etdirmək hara? Müğənni mahnı oxumağı ilə özünü sevdirməlidir”.
Follow @7timesaz