Maqazin

Əlikram bu xəbərin yayılmasını istəmirmiş

Əlikram bu xəbərin yayılmasını istəmirmişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, müğənni Əlikram Bayramov Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışır. 

7Times.az  xəbər verir ki, sənətçi bu xəbəri uzun müddət gizlətməyə çalışdığını etiraf edib. Bu haqda “Həyat tərzi” verilişində danışan Əlikram bildirib ki, dəfələrlə məlumatın yayılmasının qarşısını alıb:

“Əvvəldən həmin mədəniyyət mərkəzində işləyirdim. Sonra direktor oldum. Heç istəmirdim xəbər yayılsın. Hətta efirdə olanda, sual veriləndə çıxartdırmışam. Demişəm, bu, yayımlanmasın. Olmaz, yayılmasın”.