Fransada əlillər evində yanğın baş verib.
7Times.Az Sky News-a istinadla xəbər verir ki, Fransanın şərqində əlillər evində baş verən yanğın nəticəsində 11 nəfər itkin düşüb.
Yanğın səhər saatlarında baş verib.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, yanan binadan 17 nəfər təxliyə edilib, bir nəfər xəstəxanaya aparılıb.
Daxili işlər naziri bildirib ki, baş verən yanğında çoxlu sayda insan tələfatı gözlənilir.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Follow @7timesaz