Sosial

Əlillik təyinatı ilə bağlı yeni qaydalar belə olacaq – VİDEO

Əlillik təyinatı ilə bağlı yeni qaydalar belə olacaq – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib.

7times.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Əlillik yeni meyarlar ilə müəyyən olunacaq. Bu məqsədlə 100-ə yaxın qanunvericilik aktına dəyişiklik olunub.

Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyir ki, insanın 7 əsas həyat fəaliyyəti kateqoriyası var ki, əlillik də məhz bunlara görə təyin edilir.

Ülvi Hüseynovun sözlərinə görə, yeni meyarlar  tibbi modeldən sosial modelə keçidlə bağlı hazırlanıb.