Maqazin

“Əlimin duzu yoxdur” – Günay xəyanətdən danışdı

“Əlimin duzu yoxdur” – Günay xəyanətdən danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Günay İbrahimli sosial şəbəkədə izləyicilərinin ona ünvanladığı sualları cavablandırıb.

7Times.az Axşam.az-a istinadən  xəbər verir ki, sənətçi özünü şanslı ifaçı adlandırıb:

“15 ildir sənətdəyəm. Özümü şanslı insan hesab edirəm. Çünki ən çətin zamanlarda sənətə gəldim, şans üzümə hər zaman gülüb. Tək tanınmış olmağım yox, həm də tamaşaçı sevgisi qazanmışam. Bu, ən böyük uğurdur. Bu illər əzində ən peşəkar insanlarla çalışdım. Tək mənim yox, komandamın, məni sevənlərin uğurudur. Keyfiyyətli, zövqlü işlərlə yadda qaldım. Hələ də yaddaşlarda qalacam. Sizlərin sayəsində”.

Xoşbəxtlikdən danışan Günay “İnsan daim xoşbəxt ola bilməz. Sadəcə, xoşbəxt anlar olur. Arzu edirəm həyatınızda xoşbəxt anlarınız çox olsun” deyə, bildirib.

Xəyanətlə bağlı suala isə ifaçı “O qədər olub ki… Əlimin duzu yoxdur” cavabını verib.

Bu yay istirahət edə bilmədiyini deyən İbrahimli “İki ildir heç yerə getmirəm. Bəzi planlarım var. Sağlıq olsun, qışda istirahət edərəm” sözlərini söyləyib.