ABŞ Prezidenti Donald Tramp Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanəın Baş naziri Nikol Paşinyanla görüşdükdən sonra özünə məxsus sosial şəbəkədə növbəti paylaşım edib.
Paylaşımına avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüşdən fotolar əlavə edən Tramp yazıb: “On illərlə davam edən müharibə və itkilərdən sonra sülh sazişini imzalayarkən Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə birgə olmaq böyük şərəfdir. Onlar iki möhtəşəm insan və böyük liderlərdir. İndi onlar mənim yaxşı dostlarımdır!”