Maqazin

Elnarədən SƏRT MESAJ: “Əməliyyat olunmuş saxta paxlavalarını göstərib…”

Elnarədən SƏRT MESAJ: “Əməliyyat olunmuş saxta paxlavalarını göstərib…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həqiqətən də kimin əvvəli, kimin axırı. Birinin iki ali təhsili var, biri də heç orta məktəbi düz-əməlli bitirə bilməyib. Birinin göstərə biləcəyi sənət o qədər zəngindir ki, onun zahirən özünü təsdiq etməyə ümumiyyətlə ehtiyacı yoxdur. Biri də əməliyyat olunmuş saxta paxlavalarını göstərib o qədər rişxənd edir ki, gəl görəsən”.

7Times.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial mediada yazıb.

Cəlbedici səhnə geyimləri geyinən həmkarlarına kəskin mesaj yollayan Elnarə Xəlilova sözlərinə belə davam edib:

“Daxili boş olanlar hər zaman zahirən süslənməyə ehtiyac duyacaq. Çünki başqa göstərə biləcəyi heç nəyi yoxdur. Və əksinə, daxili zəngin olanların göstərmək istədiyi yalnız sənətdir. İzləmədə qalın, dostlar. “Döngə” qrupu ilə yeni klipimizə çox az qaldı”.

Müğənninin “Dögnə” qrupu ilə yeni layihəsi 13 oktyabr tarixində nümayiş olunacaq.

Qeyd edək ki Elnarə Xəlilova ad çəkməsə də, bu mesajların ötən gün cəlbedici şəkillər paylaşıb qarın əzələlərini nümayiş etdirən Xalq artisti Röya Ayxana aid olduğu təxmin edilir. Belə ki, Röya Ayxan da paylaşımında “Həqiqətən də kimin əvvəli, kimin axırı. Odur ki, ürəyinizi təmiz saxlayın” sözlərini yazmışdı.

Xatırladaq ki, Röya Ayxan belə qarın əzələlərinə sahib olmaq üçün əməliyyat etdirib.