Maqazin

Elza ilə mübahisə, Damlaya toxunmaq, Baləlinin tərbiyəsiz meyxanaları…

Elza ilə mübahisə, Damlaya toxunmaq, Baləlinin tərbiyəsiz meyxanaları…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq olaraq şouya, bayağı şeylərə meyilliyik.

Damlaya toxuna bilmək üçün göz yaşı axıdan qadınlarımız, lotu mahnısına rəqs edən tələbələrimiz, Baləlinin tərbiyəsiz meyxanalarını əzbərləyən gəncliyimiz…

Siyahını xeyli uzatmaq olar.

Söhbət təkcə kütlədən getmir. Hətta onu deyim ki, özünə ziyalı deyən bir çoxları da sadaladığım tipdə videoları izləyir.

Bir dəfə özünü mütaliəli hesab edən, heç kimi bəyənməyən biri ilə mübahisəmiz düşdü. Dedim ki, ver, tik-tokuna baxım. Tik-tok alqoritmləri bunun haqqında hər şeyi dedi. Baxdığı videolar – gecə ləzzət eləyir, necə ləzət eləyir – tipli şeylər idi.

Ümumiyyətlə, bizdə demək olar ki, hər şey belədir.

Məsələn, mən Elza Seyidcahan ilə efirdə mübahisə etməyənə qədər kulis saytı və başqa tənqidşünas ədiblər “Bahadur Seyidov sağ olsun, maarifləndirici videoları, sosial çarxları, sənədli filmləri, yaxşı şeirləri var” yazmayıb.

Bir dəfə Tural Cəfərov kulis.az da işləyəndə şeirlər göndərdim. Baxdı, dedi əladır. Qoyaram. Amma olmadı.

O vaxt, Qəşəm Nəcəfzadəyə 130 şeirmi göndərdim – AYB üzvü olmaq üçün. Baxdı-baxmadı heç bilmirəm də…

Şəhid – Vətən müharibəsi qəhrəmanı Sübhan Cəbrayılov haqda öz vəsaitim hesabına sənədli film çəkdim. Yenə kulis.az və başqaları bu haqda yazmadı.

Bu kimi yüzlərlə halı sadalamaq olar.

Amma Elza ilə mübahisədən dərhal sonra kulisdə mənim haqqımda yazı getdi. Sağ olun, yaxşı yazı idi. Həqiqətən də Nihat Pirə təşəkkür edirəm, razılaşmadığım məqamlar çox olsa da, mədəni tənqid idi.

Amma, əgər siz doğrudan da mədəniyyət, sənət, ədəbiyyat yazıları yazırsızsa, niyə sizinlə birbaşa əlaqəsi olan, tanış-tunuş, tapşırılmış, eyni süfrə arxasında oturduğunuz adamlardan başqa heç kimin mədəni sferada gördüyü işləri işıqlandırmırsız?

Demək ki, siz də reytinq, gündəm, şou və s. şeylərin dalınca qaçır, onları izləyirsiz ki, Bahadur Seyidovla bağlı indiyə qədər sizin diqqətinizi çəkən, yazıya çevirəcəyiniz tək şey bu olub…

Demək sizin də hörmət və diqqət etdikləriniz şou-biznes nümayəndələri, bayağı işlər görən insanlardır.

Bir dəfə bir yaxın qohumum biri ilə dalaşmışdı. Adamı döymüşdü. İş polisdə idi. Barışıq olmalı idi. Çox hörmətli, ziyalı, alicanab, təpədən-dırnağa ideal bir ağsaqqalı, qələm adamını götürüb getdim ki, barışıq olsun.

Döyülən adamın qapısına çatanda qohum dözməyib dedi: O boydadı ATV-də işləyirsən, Xoşqədəmdən zaddan gətirə bilmirdin?..