Maqazin

Elza Seyidcahan Rəssamlar İttifaqına da üzv olacaq?

Elza Seyidcahan Rəssamlar İttifaqına da üzv olacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin təmsilçisi, şair Nəvai Mətin Əməkdar artist Elza Seyidcahanın Rəssamlar İttifaqına üzv olmasını təklif edib.

7Times.az-ın məlumatına görə, bəstəkar-müğənni bu təklifi bəyənib.

Nəvai Mətin Elza xanımın imicini nəzərə alaraq, müxtəlif baş geyimlərini, libaslarının dizaynını sənət əsəri adlandırıb. Elza xanım isə belə bir təklifə məmnuniyyətlə razılıq verəcəyini bildirib.

Qeyd edək ki, Bəstəkarlar İttifaqının üzvü olan Elza Seyidcahan yaxın günlərdə Yazıçılar İttifaqına da üzv seçilib.