Maqazin

Əməkdar artist “corablarımı həyat yoldaşım geyindirir” dedi, mübahisə düşdü – VİDEO

Əməkdar artist “corablarımı həyat yoldaşım geyindirir” dedi, mübahisə düşdü – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əməkdar artist Rəhman Rəhmanov açıqlaması ilə diqqət çəkib. 
7times.az xəbər verir ki, “Elgizlə izlə” proqramına qonaq olan aktyor həyat yoldaşından danışıb.
O arvadının ona çoxlu diqqət və qayğı göstərdiyini deyib. Əməkdar artist corablarını belə xanımının geyindirdiyini bildirib.
Onun bu sözləri müzakirələrə səbəb olaraq tənqid edilib.
Verilişdə ekspert qismində çıxış edən vəkil Şəfiqə Nağıyeva onun fikirlərinə etiraz edib:
“Sağlam olduğu halda ərə corab geyindirməyə razı deyiləm. Bu, hörmət əlaməti deyil. Kişi qadına hörmət etməlidir. Arvad qorxur ki, qoyub gedər? Rəhman müəllimə nə var, cavan kişidir. Olmaz”.
Aparıcı Elgiz Əkbər isə ona etirazını bildirərək, qadınların ərin corabını geyindirməyə məcbur olduğunu deyib:
“Bir çox qadınlar var ki, ərinə o cür hörmət və qayğı göstərirlər. Elə danışıb onları bu fikirdən yayındırmayın. Mənim ayaqqabımı da, corabımı da həyat yoldaşım geyindirir. Hörmət qarşılıqlıdır. Qadınları ayıldıb, pis yerə yönəltmə. Niyə olmaz ki?” .

/baku.ws/