Türkiyənin Antalya şəhərində 2 il əvvəl anasının əmisi oğlu tərəfindən cinsi istismara məruz qaldığı iddia edilən 17 yaşlı qız oteldə ölü tapılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 18 yanvar 2020-ci il tarixində Antalyada anasının əmisi oğlu Birol K. (44) tərəfindən cinsi istismara məruz qaldığını iddia edən Nuray Dəmir (17) bibisi ilə birlikdə polis bölməsinə gedərək şikayət edib.
Nuray Dəmir şikayətində 3 dəfə evli olan, 3 övladı və 2 nəvəsi olan qohumu Birol K.-nın onu Varsak bölgəsindəki meşəlik əraziyə apararaq cinsi istismara məruz qoyduğunu iddia edib.
Hadisədən sonra gənc qızın sağlamlıq müayinəsi zamanı cinsi zorakılıq əlamətlərinin olduğu məlum olub.
Şikayətdən ertəsi gün evində saxlanılan Birol K. ittihamları qəbul etməsə də həbs edilib.
Məhkəmə prosesi davam edərkən dünən gənc qızla əlaqə saxlaya bilməyən yaxınları onun itkin düşdüyünü bildiriblər.
Saat 15.30 radələrində Muratpaşa səmtinin Tahılpazarı səmtində, Adnan Menderes bulvarında otel otağına təmizlik aparmaq üçün daxil olan məmurlar Nuray Dəmirin hərəkətsiz, lüt vəziyyətdə olduğunu görüblər.
Hadisə yerinə gələn tibbi yardım əməkdaşları tərəfindən edilən müayinədə Nuray Dəmirin öldüyü təyin olunub.
Nuray Dəmirin boynunda səpkilər olduğunu müəyyən edən polis onun boğularaq öldürülmüş ola biləcəyini iddia edir.
Prokuror və polis hadisə yerində müayinə etdikdən sonra 17 yaşlı gəncin meyiti yarılma üçün Ədliyyə Tibb İnstitutunun morquna aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilib.
Follow @7timesaz