Dünya

“Ən böyük nüvə dövlətinə əl qaldırırsınız, dəhşətli nəticələri olacaq!” – Putinin həbsi ilə bağlı qərara SƏRT REAKSİYA

“Ən böyük nüvə dövlətinə əl qaldırırsınız, dəhşətli nəticələri olacaq!” – Putinin həbsi ilə bağlı qərara SƏRT REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin həbsinə dair qərar beynəlxalq hüquq üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”.

 

7Times.az  bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsinə order verməsi ilə bağlı qərarını şərh edərkən deyib.

 

O fikirlərini bu cür ifadə edib: “Aydındır ki, qərarın praktiki əhəmiyyəti yoxdur, amma xatırladığınız üçün təşəkkürlər. Lakin bunun beynəlxalq hüquq üçün nəticələri dəhşətli olacaq. Axı bu, təməllərin, hüquq prinsiplərinin dağılmasıdır. İndi heç kim heç bir beynəlxalq quruma getməyəcək, hamı öz aralarında danışıqlar aparacaq. BMT-nin və digər strukturların bütün axmaq qərarları yerindən oynayacaq. Bütün beynəlxalq münasibətlər sisteminin tənəzzülü qabaqdadır. Güvən tükəndi”.

 

Beynəlxalq Cinayət Məhkəməsini “yararsız qurum” adlandıran Medvedev həmçinin, məhkəmə hakimlərinin boş yerə həyəcanlandığını, onların ən böyük nüvə dövlətinə “əl qaldırdığını” vurğulayıb:

“Təəssüf ki, cənablar, hamı Allahın və raketlərin altında gəzir”.

 

Onun fikrincə, bir ölkəni və onun liderlərini iki halda mühakimə etmək olar:

 

“Birincisi, ölkəsi çox zəiflədikdə, demək olar ki, suverenliyini itirdikdə və özü haqqındakı hökmü tanımağa qərar verdikdə; ikincisi, ölkəsi müharibəni uduzub təslim olanda. Əks halda mümkün deyil. Bunu hamı başa düşür”.

Sfera.az