“Ən uğursuz müğənni Alişandır. Ayağı dəyən yeri qurudur. Dostunun zərgərlik dükanına gedib, 3 gün mağazaya müştəri ayaq basmayıb. Başqa bir dostunun atasına “sən oğlundan daha gəncsən” deyib, adam 1 həftə sonra rəhmətə gedib”.
Lent.az-ın xəbərinə görə, bu fikirləri öz proqramında şoumen Bəyaz səsləndirib.
O, zarafatla danışsa da, dediklərində həqiqət payının çox olduğunu bildirib.
“Alişan Macarıstana getdiyi ay ölkədə siyasi və iqtisadi böhran başlayıb, dostu üçün qız istəməyə gediblər, elçi getdikləri qız xəstəxanalıq olub. Ziyarətinə getdiyi heç bir xəstə sağalmırmış. Bunu mən yox, dostların deyir, Alişan”, deyə o əlavə edib.
Alişan bütün bu söhbətləri gülərək təsdiqləsə də, bu barədə çox danışılmasını istəməyib..
Follow @7timesaz