Dünya

Ərbakanın oğlu namizədliyini geri götürdü – Ərdoğanın xeyrinə 

Ərbakanın oğlu namizədliyini geri götürdü – Ərdoğanın xeyrinəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan mayın 14-ü keçiriləcək Prezident seçkilərinə namizədliyini geri götürüb.

7Times.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərbakan bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsən görüşərək razılığa gəldiyini bildirib.

O qeyd edib ki, partiyası “Cümhur İttifaqı”na qoşulur və partiyanın üzvləri seçkilərdə blokun vahid namizədi Ərdoğana səs verəcək.

Qeyd edək ki, F.Ərbakan Türkiyənin keçmiş Baş naziri Nəcməddin Ərbakanın oğludur.