Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 Avropa ölkəsinin və ABŞ səfirinin Türkiyədən çıxarılması əmrini verib.
7Times.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinə insan haqları müdafiəçisi Osman Kavalanı azad etməyə çağıran 10 ölkənin, o cümlədən ABŞ-ın səfirlərini persona non-qrata elan etməyi tapşırıb.
Həmin səfirlər bunlardır: ABŞ, Fransa, Almaniya, Kanada, Finlandiya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Norveç və İsveç səfirləri.(KONKRET.az )