Dünya

Ərdoğan Azərbaycana GƏLİR

Ərdoğan Azərbaycana GƏLİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana səfər edəcək.

7Times.az-ın məlumatına görə, bu barədə Türkiyənin “A Haber” nəşri yazıb.

Bildirilir ki, Ərdoğan yaz aylarında sıx diplomatik trafik həyata keçirəcək.

O, 4-cü Hökumətlərarası Zirvə Toplantısı üçün aprelin 29-da İtaliyaya səfər edəcək.

Ərdoğan mayın 3-də Şimali Kipr Türk Respublikasında keçiriləcək TEKNOFEST-də iştirak edəcək. Türkiyə liderinin may ayında, həmçinin Azərbaycana səfər edəcəyi qeyd olunub.

Türkiyə liderinin iyun ayında Vaşinqtona gedəcəyi və ABŞ Prezident Donald Trampla görüşəcəyi bildirilir.