Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.
7Times.az xəbər verir ki, bununla bağlı müvafiq sənədlər “Resmi Gazete” yayımlanıb.
Sənədə əsasən, 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib.
Bundan əlavə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”i də təsdiqləyib.
Follow @7timesaz