Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.
Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.
Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.
Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.
Follow @7timesaz