Dünya

Ərdoğan bu gün İspaniyaya rəsmi SƏFƏR EDƏCƏK

Ərdoğan bu gün İspaniyaya rəsmi SƏFƏR EDƏCƏKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də İspaniyaya rəsmi səfərə yollanacaq.

 

7Times.az  xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

 

Bildirilib ki, o, səfərin ilk günü İspaniya kralı VI Felipe ilə görüşəcək. Ərdoğan iyunun 13-də krallığın Baş naziri Pedro Sançeslə bir araya gələcək.

 

Məlumata görə, görüşlərdə Qəzzada baş verən hadisələr başlıca mövzu olacaq. Türkiyə-İspaniya əlaqələrinin inkişafı müzakirə olunacaq. Bundan başqa, R.T.Ərdoğanla Pedro Sançes Türkiyə və İspaniya arasında 8-ci hökumətlərarası zivə toplantısına da sədrlik edəcəklər. Sammitdə ticarət, maliyyə, mədəni və idman sahələrinə dair bir sıra müqavilələrin imzalanması planlaşdırılıb.

 

Qeyd edək ki, İspaniya mayın 28-də Fələstinin müstəqilliyini tanıyıb.