İran prezidenti İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya rəsmi səfər edəcək.
7Times.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan və Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası keçiriləcək.
Görüşdə Türkiyə-İran münasibətlərinin bütün aspektləri, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Qəzza məsələsi ilə yanaşı regional məsələ də gündəmdədir.
Türkiyə tərəfinin bildirdiyinə görə, ikitərəfli münasibətlərin müqavilə bazasının daha da möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sənədlərin imzalanması planlaşdırılır.
İran prezidentinin rəsmi saytı da öz növbəsində bildirir ki, rəsmi qarşılanma mərasimindən sonra Rəisinin Aksaray sarayında Ərdoğanla təkbətək söhbəti, İran-Türkiyə Əməkdaşlıq Ali Şurasının iclası keçiriləcək, əməkdaşlıq sənədləri imzalanacaq, daha sonra iki ölkə lideri birgə mətbuat konfransı keçirəcək.
İran prezidentinin Türkiyəyə səfəri ötən il noyabrın sonuna planlaşdırılsa da, təxirə salınmışdı.
Follow @7timesaz