Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçını stadiondan izləyəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.
Qeyd olunub ki, onunla birlikdə oyunu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da izləyəcək.
Xatırladaq ki, “İnter” – “Mançester Siti” matçı iyunun 10-da keçiriləcək.
Follow @7timesaz