Dünya

Ərdoğan döyülən hakimə zəng etdi

Ərdoğan döyülən hakimə zəng etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” – “Rizespor” matçından sonra döyülən və xəstəxanaya yerləşdirilən hakim Halil Umut Melerə zəng edib.

 

Ölkə başçısı referiyə dəstəyini bildirib.

Ərdoğan Melerə hadisə ilə bağlı araşdırma aparılması üçün nazirlərə tapşırıq verdiyini söyləyib.

 

Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. (qafqazinfo)