Dünya

Ərdoğan: “Heç bir ölkə bu cür fəlakətlə təkbaşına mübarizə apara bilməz”

Ərdoğan: “Heç bir ölkə bu cür fəlakətlə təkbaşına mübarizə apara bilməz”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Brüsseldə Türkiyədə baş verən zəlzələ ilə bağlı Donorlar Konfransı işinə başlayıb. 

7Times.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, konfrans çərçivəsində Türkiyə və Suriyada baş verən zəlzələnin fəsadlarına dair müzakirələr, bununla bağlı iki ölkəyə ayrılacaq maddi yardımın həcmi ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bu dəstəyə görə bütün tərəflərə təşəkkür edib.

“Bu çətin günlərdə bütün dostlarımızın göstərdiyi həmrəyliyi heç vaxt unutmayacağıq. Zəlzələnin vurduğu ziyan 104 milyard dollardır. İqtisadi vəziyyətindən asılı olmayaraq, heç bir ölkənin bu miqyasda fəlakətlə təkbaşına mübarizə aparması mümkün deyil”.

Qeyd edək ki, konfransda Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı kimi təşkilatlar iştirak edir. Konfransda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.