Siyasət

Ərdoğan kosmosda olan Gezeravcı ilə DANIŞDI

Ərdoğan kosmosda olan Gezeravcı ilə DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ilk astronavtı – hazırda kosmosda olan Alper Gezeravcı ilə canlı yayımda danışıb.

7Times.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Gezeravcıya “Ölkəmizin tarixində bu ilk və çox mühüm missiyanı yerinə yetirmək üçün səfərinizdə sizə uğurlar arzulayıram” deyib.

Ərdoğan onu da bildirib ki, Alper Gezeravcı Milli Kosmos Proqramı çərçivəsində həyata keçirdiyi bu kritik missiya ilə bütün türk millətini, xüsusilə uşaqları və gəncləri ruhlandırıb.

“Sizin səfərinizlə indi kosmos tədqiqatlarında yeni bir dövrün qapısını açdıq”, – Prezident əlavə edib.

Gezeravcı “Türkiyə əsrə qədəm qoyarkən ölkəmi bu mühüm missiyada təmsil etməkdən və bayrağımızı Beynəlxalq Kosmos Stansiyasına daşımaqdan qürur duyuram”  söyləyib.
Prezident Ərdoğan daha sonra A.Gezeravcıya “Sən bizim ilk astronavtımız idin, amma sonuncu olmayacaqsan. Türkiyə də insanlı kosmos missiyalarını yerinə yetirən ölkələr arasında yerini tutub” söyləyib.

Xatırladaq ki, Alper Gezeravcı yanvarın 19-dan 4 astronavtdan ibarət beynəlxalq ekipajın heyətində kosmosa uçub.