Rusiya XİN başçısı Sergey Lavrovun bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.
7Times.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Bildirilib ki, gündəmdə Rusiya-Ukrayna müharibəsi, regional məsələlər və ikitərəfli münasibətlər yer alacaq:
“Görüş Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümünə təsadüf etdiyi üçün son dərəcə əhəmiyyətlidir və indi Türkiyə tərəfi yenidən öz vasitəçiliyi ilə müharibənin həllinə çalışır.
Görüşdən sonra Ərdoğan hökumətin iclasına sədrlik edəcək, daha sonra gündəmlə bağlı açıqlamalar verəcək”.
Qeyd edək ki, fevralın 18-də Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edib və Ərdoğanla iki ölkə arasında iki saziş imzalanıb.
Follow @7timesaz