Qəzzada vəziyyətin nizama salınmasında Prezident Ərdoğan aparıcı rol oynayır.
7Times.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
O qeyd edib ki, ️Türkiyəyə uçmağa hazır olsa da, cənab Ərdoğan onu qəbul edə bilməyib:
“Gələn il Ərdoğanla Türkiyədə görüşümüz mümkündür”.
Rusiya lideri qeyd edib ki, ölkəsi Yaxın Şərq məsələsində Türkiyə ilə oxşar mövqedən çıxış edir: “Biz də hesab edirik ki, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlar olmalıdır”.
Qəzzaya humanitar yardımdan danışan Putinin qeyd edib ki, Misir prezidenti Qorada Rusiya xəstəxanasının yaradılması ideysını dəstəkləyir:
“İsrail tərəfi Qəzzada Rusiya xəstəxanasının açılmasının təhlükəli olduğunu düşünür. Amma bu o demək deyil ki, biz bu səyləri dayandıracağıq”.
Rusiya prezidenti qeyd edib ki, bütün dünyada Qəzzada və Ukraynada baş verənlərin fərqli olduğunu görürlər: “Ukraynada Qəzzada baş verənlərə oxşar bir şey yoxdur”.
Follow @7timesaz