Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsi Hataydakı görüntüləri müzakirələrə səbəb olub.
7Times.az xəbər verir ki, Ərdoğanın yaxın mühafizəcisi Muhsin Kösenin uzatdığı suyu içməməsi diqqət çəkib. Ardınca isə Ərdoğanın oğlu Bilal, prezidentə stəkanda su təklif edib. Ərdoğan əvvəlcə suyun kim tərəfindən təklif edildiyinə baxıb. Ardınca isə o suyu alaraq içib. Sosial media istifadəçiləri Ərdoğana sadə stəkanda su verilməsini birmənalı qarşılamayıb.