Dünya

Ərdoğan Muharrem İnceyə ZƏNG EDİB

Ərdoğan Muharrem İnceyə ZƏNG EDİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan namizədliyini geri götürən Muharrem İnceyə zəng edib.

 

7Times.az  xəbər verir ki, bu barədə o, yerli mətbuata müsahibəsində məlumat verib.

 

Ərdoğan İnce ilə bağlı görüntülərin FETÖ taktikası olduğunu bildirib. O, dövlətin hər cür kömək etməyə hazır olduğunu diqqətə çatdırıb.

 

“Çünki belə bir yarışda onu tək buraxmaq heç vaxt düzgün olmaz. Dövlət olaraq etməli olduğumuz iş həm Ədliyyə Nazirliyinin, həm də Daxili İşlər Nazirliyinin diqqətindədir və bu işləri görmək bizim borcumuzdur”

 

Qeyd edək ki, Məmləkət Partiyasının sədri Muharrem İnce ictimaiyyətə müraciətində namizədlikdən geri çəkildiyini elan edib. İnce digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.