Ərdoğan Ata İttifaqından prezidentliyə namizəd Sinan Oğana seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədini dəstəklədiyinə görə təşəkkür edib.
Dövlət başçısı bu barədə TRT-nin efirində danışıb.
“Buradakı ofisimizdə Sinan bəylə görüşümüz oldu. Bu gün o, bizə və Cümhur İttifaqına dəstək verəcəyini bəyan etdi. Mən ona öz adımdan və bütün yoldaşlarım adından təşəkkür edirəm. Sinan bəy bizim terrorla mübarizə, türk dünyası ilə əlaqələr, vətənimizin qorunması ilə bağlı aydın mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz. İnanıram ki, bu qüvvələrin birliyi millətimizə, ölkəmizə xeyir verəcək”, – o, əlavə edib./Oxu.az
Follow @7timesaz