Ötən həftə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində baş verən gərginliyin detalları məlum olub.
Metbuat.az xəbər verir ki, şam yeməyi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə mübahisə etmişdi. Mübahisənin detalları barədə ilk dəfə “New York Times” şam yeməyində iştirak edən diplomata istinadən məlumat yayıb. Bildirilir ki, Ərdoğan Yunanıstan barədə açıqlamalarını təkrar edib. O, Afinanın bölgədə təxribat törətməklə gərginliyi artırdığını deyib. Məlumata görə, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Ərdoğana cavab verərək, Türkiyənin Yunanıstanın Egey dənizindəki adalarının suverenliyi barədə danışmağı dayandırmasını tələb edib.Ərdoğan isə yunan baş nazirinin sözünü kəsərək ona cavab verib. Qəzet yazır ki, Ərdoğan zalı tərk etmədən əvvəl Kiriakos Mitsotakisi Egey dənizində problemləri həll etmək barədə səmimi olmamaqda ittiham edib. Türkiyə Prezidenti həmçinin Avropa Birliyinin nümayəndələrini də Yunanıstanın və Kipr Respublikasının tərəfində yer aldığına görə tənqid edib. Bildirilir ki, Ərdoğanın sərt və uca səslə danışığını bütün nümayəndələr sakit şəkildə dinləyib.
Follow @7timesaz