Dünya

Ərdoğan Paşinyanla Çində görüşüb

Ərdoğan Paşinyanla Çində görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

7Times.az xəbər verir ki, görüş zamanı Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda müzakirələr aparılıb.

Ərdoğan Ermənistan-Azərbaycan sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib, Türkiyə-Ermənistan əməkdaşlığının artırılmasına yönəlmiş addımların nəzərdən keçirildiyini bildirib.