Dünya

Ərdoğan Paşinyanla müzakirələr APARDI

Ərdoğan Paşinyanla müzakirələr APARDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

7Times.az Sputnik Armenia-ya istinadla xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkələrdə məlumat verib.

Ermənistan və Türkiyə liderləri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

“Söhbət zamanı Paşinyan və Ərdoğan vurğulayıblar ki, regionda uzunmüddətli sülh və sabitlik bütün region ölkələrinin inkişafına və rifahına töhfə verəcək, – Bağdasaryan bildirib.

Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər.