Dünya

Ərdoğan-Putin görüşünün keçiriləcəyi tarix açıqlanıb

Ərdoğan-Putin görüşünün keçiriləcəyi tarix açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyanın səbirsizliklə gözlədiyi Ərdoğan-Putin zirvəsi üçün geri sayım başlayıb.

7Times.az  xəbər verir ki, hər iki ölkənin dövət rəsmiləri sözügedən görüşün yaxın vaxtlarda baş tutacağını bildirsələr də, hələlik dəqiq tarixlə bağlı açıqlama verməyiblər.

Kremlin sözçüsü Dmitri Peskov iki liderin yaxın vaxtlarda görüşəcəyini bildirib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik isə Ərdoğanın Soçiyə səfər edəcəyini, burada taxıl sazişi ilə bağlı sammitin keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, Ankara və Moskvanın ardıcıl bəyanatlarından sonra xarici media qurumlarının da sözügedən görüşə marağı artıb.

ABŞ-ın və dünyanın aparıcı media qurumlarından olan “Bloomberg” nəşri Ərdoğan-Putin görüşünün hansı tarixdə keçirələcəyi ilə bağlı məlumat paylaşıb.

“Bloomberg”-in “Ərdoğan taxıl sazişini müzakirə etmək üçün gələn həftə Putinlə görüşməyi planlaşdırır” başlıqlı məqaləsində qeyd olunub ki, sözügedən görüş sentyabrın 8-də keçiriləcək.

“İki türk rəsminin sözlərinə görə, Ərdoğan Nyu-Dehlidə keçiriləcək G-20 sammitində iştirak etmək üçün Hindistana yola düşməzdən əvvəl sentyabrın 8-də Rusiyaya səfər edəcək”, – deyə məlumatda bildirilib.