Dünya

Ərdoğan Putini razı saldı – Şoyqu Hulisi Akara zəng edərək “hə” dedi

Ərdoğan Putini razı saldı – Şoyqu Hulisi Akara zəng edərək “hə” dedibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya taxıl sazişinə qayıtmaq qərarına gəlib.

7Times.az  bildirir ki,  bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun türkiyəli həmkarı Hulusi Akarla telefon əlaqəsi saxladığını bə taxıl dəhlizinin çərşənbə günündən etibarən bərpa ediləcəyini bildirib.

Ərdoğan Rusiyanın taxılın böyük hissəsinin daha zəngin ölkələrə çatması ilə bağlı narahatlığına uyğun olaraq,  Afrika ölkələrinə, o cümlədən Somali, Cibuti və Sudana daşınmalara üstünlük veriləcəyini vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə isə onlar Ukraynanın Moskvaya qarşı hərbi əməliyyatlar üçün dəniz dəhlizindən istifadə etməyəcəyinə dair Kiyevdən yazılı zəmanət aldıqdan sonra bu qərarı verib.

Xatırladaq ki, dünən Ərdoğanla Putin arasında bu barədə telefon danışığı baş tutmuş, Putin “taxıl razılaşmasına” qayıtmaq üçün şərtlərini qarşı tərəfə çatdırmışdı.