Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün seçki qərargahına qarşıdan gələn prezident seçkilərinə hərtərəfli hazırlığa başlamağı tapşırıb.
7Times.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinin məlumatında deyilir.
“Prezident Ərdoğan gözlənilmədən seçkiqabağı iclas keçirib və 2023-cü il seçkilərinə hazırlıqla bağlı “aparatının nəbzini” yoxlayıb. Ərdoğan seçkiqabağı dövrün hazırlanmasının məzmunu və metodu ilə bağlı qərargahının fikirlərini öyrənib. Qiymətləndirmələrdə iqtisadiyyat və ədliyyə sahəsində yeni diskursların yarandığı vurğulanıb. Bundan başqa, bildirilib ki, deputatlığa namizədlər üçün meyarlar müəyyən etmək lazımdır”, – qəzet yazıb.
Türkiyədə növbəti ümumi – həm prezident, həm də parlament seçkilərinin 2023-cü ilin iyununda keçirilməsi planlaşdırılır. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) daha əvvəl “Cmhur İttifaqı” yaradıb. Türkiyənin millətçi lideri Dövlət Baxçalı bildirib ki, Ərdoğan qarşıdan gələn seçkilərdə bu alyansın namizədi olacaq.
Türkiyə prezidentinin özü uzun müddət namizədliyi ilə bağlı açıqlama verməsə də, tərəfdarları ilə görüşündə hamı üçün gözlənilmədən dövlət başçısı postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.
Ərdoğana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu hazırkı prezidentə rəqibin adını açıqlayacaq.