Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edəcək.
7Times.az xəbər verir ki, bu barədə xarici KİV Türkiyə rəsmilərinə istinadən bildirib.
R.T.Ərdoğan sentyabrın 8-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək.
Prezidentlərin Ukraynadakı müharibəni, xüsusilə “Taxıl sazişi”nin bərpasını müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, daha əvvəl Türkiyə liderinin sentyabrın ayın 4-də Rusiyaya gedəcəyi və Soçidə V.Putinlə bir araya gələcəyi bildirilmişdi.
Follow @7timesaz