Dünya

Ərdoğan təcili iclas ÇAĞIRDI: “Türkiyədə çevriliş cəhdi ola bilər” 

Ərdoğan təcili iclas ÇAĞIRDI: “Türkiyədə çevriliş cəhdi ola bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.

 

7Times.az  bildirir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

 

Qeyd olunub ki, Türkiyədə cinayət təşkilatı “Ayhan Bora Kaplan”la əlaqədə ittiham olunan Ankara Təhlükəsizlik Müdirliyində bir neçə polisin işdən çıxarılması böyük həyəcana səbəb olub. Rəqəmsal materialları ələ keçirmək üçün onların evlərində axtarış aparılıb.

 

Digər tərəfdən, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. O, əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.

 

Baxçalı həmçinin, Türkiyədə dövlət çevrilişi cəhdinin təkrarlanması ehtimalı ilə bağlı xəbərdarlıq edib.

 

“Ərdoğan Baxçalının açıqlamalarından sonra Prezident İqamətgahında Ədliyyə naziri Yılmaz Tunç və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla təcili gecə görüşüb”, – nəşr qeyd edib.

 

Ərdoğanın bu gün hakim partiyanın parlamentdə geniş tərkibdə iclasında bu mövzuda çıxış edəcəyi gözlənilir.

Sfera.az