“Türkiyə döyüş gəmisi tikən 10 ölkədən biridir”.
7Times.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Beynəlxalq Müdafiə Sənayesi sərgisinə (IDEF-2023) göndərdiyi videomüraciətdə bildirib.
O qeyd edib ki, 2023-cü ildə milli müdafiə sənayesi sahəsində hədəf ixracatı 6 milyard dollara çatdırmaqdır: “Türkiyə döyüş gəmisi tikən 10 ölkədən biridir. Pilotsuz uçuş aparatları (PUA) texnologiyasına malik dünyanın 3 ölkəsi arasındayıq”.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə müdafiə sənayesi sektoru son illərdə bütün dünyanın heyranlıqla izlədiyi bir uğur hekayəsi yazır: “2022-ci ildə hərbi sənaye sahəsində ixracat 4 milyard 400 milyon dollar təşkil edib. Bundan başqa, müdafiə sənayesində iz qoyacaq 850 fərqli layihəni həyata keçiririk”.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov da bu sərgidə iştirak etmək üçün Türkiyədə səfərdədir.
Follow @7timesaz