Türkiyədə erkən seçki olmayacaq, bu məsələdə nöqtəni qoyuram.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.
“Bir neçə aydır ki, erkən seçim söhbətləri gəzir. Heç bir erkən seçim olmayacaq, nöqtəni qoyuram. Türkiyə hüquq dövlətidir, müəyyən edilmiş müddətdə seçkilər keçiriləcək. 2023-cü ilin iyununda ən yüksək səviyyədə seçkilərimizi keçirəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, son dövrlərdə Türkiyədə iqtisadi vəziyyətlə əlaqədar növbədənkənar seçkilərin keçirilməsi fikirləri səsləndirilirdi.
Ötən həftə Türkiyə lirəsi ABŞ dollarına nisbətdə kəskin ucuzlaşaraq 50 faizdən çox dəyər itirmişdi. Hazırda bir ABŞ dolları 12 lirə səviyyəsində alınıb-satılır.
Follow @7timesaz