Dünya

Ərdoğan Türkiyədə prezident seçkisindən əvvəl Əsədlə görüşə bilər

Ərdoğan Türkiyədə prezident seçkisindən əvvəl Əsədlə görüşə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə keçiriləcək prezident seçkisindən qabaq Suriya dövlət başçısı Bəşər Əsədlə görüşə bilər.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Xatırladaq ki, R.T.Ərdoğan daha əvvəl B.Əsədlə görüşəcəyini açıqlamışdı. Türkiyədə prezident seçkisinin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.