Dünya

Ərdoğan: “Türkmənistan Azərbaycanla bu məsələni həll etməlidir”

Ərdoğan: “Türkmənistan Azərbaycanla bu məsələni həll etməlidir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkmənistan qazının Türkiyə vasitəsi ilə Avropaya nəqli mühüm addım olacaq. Ancaq burada həyata keçirilməsi vacib olan bəzi məqamlar var. Türkmənistan Xəzər sahilində yerləşən digər ölkə – Azərbaycanla bu məsələni həll etməlidir. Hazırda danışıqlar davam edir. Keçirilən görüşlərdə müsbət məqam əldə olunub”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan dönərkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən söyləyib.

Türkiyə lideri bildirib ki, Türkmənistanda hasil edilən təbii qazın Azərbaycandan keçərək Türkiyəyə, oradan da digər ölkələrə nəqli üçün üç ölkənin müvafiq enerji nazirləri əhatəli müzakirələr aparacaq.

R.T.Ərdoğan açıqlamasında əlavə edib ki, 2023-cü ilin əvvəlində Türkmənistan Prezidentinin Türkiyəyə rəsmi səfəri gözlənilir və bu məsələlərə orada yekun qoyula bilər.