Dünya

Ərdoğan: Ukraynanın yanındayıq

Ərdoğan: Ukraynanın yanındayıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin üçüncü ilini qeyd etdiyimiz bu ağrılı gündə ilk növbədə bildirmək istəyirəm ki, biz bir ölkə və millət olaraq dost Ukrayna xalqının yanındayıq”.

7Times.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın işğalının növbəti ildönümü ilə bağlı ünvanladığı  videomüraciətdə deyilir.

Videomüraciətdə daha sonra deyilir:
“2014-cü ildə Krımın ilhaqından bu yana Türkiyə beynəlxalq hüququn təməl prinsipləri çərçivəsində Ukraynanın ədalətli davasına lazımi dəstəyi verib. Üç il əvvəl münaqişə başlayanda müharibəyə qarşı çıxdığımızı bəyan etdiyimiz kimi, bu gün də danışıqlar yolu ilə müharibəni bitirmək üçün bütün səylərimizi sərf etmək əzmindəyik. Bununla biz Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə güclü dəstəyimizi davam etdiririk”.

Ərdoğan onu da qeyd edib ki, bundan sonra da  Ukraynada sülhü bərqərar etmək üçün  bütün güclərini səfərbər edəcəklər.