Türkiyə və Rusiya prezidentlərinin görüşünün nə zaman baş tutacağına Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfərindən sonra qərar veriləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə AKP sözçüsü Ömər Çelik mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyə Prezidenti regionu tanıyan ən təcrübəli dövlət başçılarından biridir: “Onun təcrübəsi və hər iki tərəflə ortaq nöqtədə olmaq iradəsi hamı tərəfindən hörmətlə qarşılanır. Ukraynaya səfər bu böhranda gərginliyin azaldılması baxımından əhəmiyyətli olacaq. Putinlə necə görüşəcəyinə isə Ukrayna səfərindən sonra qərar veriləcək”.
Follow @7timesaz