Dünya

Ərdoğan xəstələndiyini açıqlayıb canlı yayımı yarımçıq saxladı – VİDEO

Ərdoğan xəstələndiyini açıqlayıb canlı yayımı yarımçıq saxladı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal 7” və “Ülke TV”nin ortaq yayımında   səhhətində narahatlıq keçirdiyindən telekanal əməkdaşlarından və izləyicilərdən halallıq istəyərək verilişi yarımçıq kəsib.

7Times.az  xəbər verir ki, səhhətində yaranan problemlə bağlı üzr istəyən Ərdoğan deyib: “Bu günlərdə intensiv şəkildə seçki kampaniyaları aparılır, bu işlərin fonunda mədəmə soyuq dəyib.
Sizdən və izləyicilərimizdən halallıq istəyirəm”.

Prezident Ərdoğanın bu sözlərindən sonra sosial mediada #HalalOlsun etiketi gündəmə gələrkən, vətəndaşlar dövlət başçısına dəstək mesajları yazıb.

Digər tərəfdən, başda Kamal Kılıçdaroğlu və Meral Akşener olmaqla siyasi partiya liderləri prezident Ərdoğana tezliklə sağalması üçün diləklərini çatdırıblar.

Prezidentin sözçüsü İbrahim Kalın bu axşam canlı yayımda xəstələnən Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib: “ Çox sağ olun, prezidentimizin vəziyyəti yaxşıdır. Allah onu qorusun”.

Vitse-prezident Fuat Oktay sosial media hesabından Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib: “Gecə-gündüz millətə xidmət edən Prezidentimiz cənab Ərdoğanın səhhəti çox yaxşıdır”.