Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.
7Times.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. O bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir:
“Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.
Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib.
Follow @7timesaz