Dünya

Ərdoğandan Kılıçdaroğluna: “Pulu var, verib alsın”

Ərdoğandan Kılıçdaroğluna: “Pulu var, verib alsın”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”nin birgə yayımında jurnalistlərin suallarını cavablandırıb.

7Times.az  xəbər verir ki, o, media mənsublarının “Kamal Kılıçdaroğluna “Togg” verməyi düşünürsünüzmü” deməsinə belə reaksiya verib:“Cənabı “Togg”a dəvət etdik. “Sənaye nazirim sizə fabriki göstərsin” dedim. Amma gəlmədi. Zavodun yerini bilmirmi? İstehsala inanmırmı? Xalq hamı növbədə. Hətta Özbəkistan Prezidenti Mirzəyev maşının rəngini özü seçdi. İlham Əliyev qardaşım isə Anadolu qırmızısını seçdi. Kılıçdaroğlu pulunu verər, alar. Onsuz da pulu var. Biz necə pulunu ödəyib aldıq, o da alsın”.