Dünya

Ərdoğandan “Qurani-Kərim”in yandırılmasına reaksiya

Ərdoğandan “Qurani-Kərim”in yandırılmasına reaksiyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İsveçin paytaxtı Stokholmda bir nəfər məscidin qarşısında Quranı yandırıb.

İsveç polisi hadisəyə göz yumduğu halda, bu hadisə İslam dünyasında böyük əks-səda doğurub.

Prezident Rəcəb Tayyib Ərdoğan, açıqlamasında, “Biz təxribat və təhdid siyasətinə boyun əyməyəcəyik” ,- deyə bildirib.

Qurani-Kərimin yandırılması təxribatından sonra polis İraq əsilli hücumçuya qarşı nifrət nitqi ilə bağlı araşdırmalara başlayıb. Digər tərəfdən Səudiyyə Ərəbistanı, Küveyt, Yəmən, Ərəb Parlament Birliyi və Türkiyə başda olmaqla ərəb ölkələrindən olan Körfəz Əməkdaşlıq Şurası (KƏM) paytaxtı Stokholmda məscidin qarşısında Quranın yandırılmasını qəti şəkildə pisləyib.